Lavrov: "Rusiya ABŞ-ın Ukraynadakı bioloji fəaliyyəti ilə bağlı izahat tələb edir"

Lavrov: "Rusiya ABŞ-ın Ukraynadakı bioloji fəaliyyəti ilə bağlı izahat tələb edir" “Pentaqonun bioloji və toksin silahlarının qadağan edilməsinə dair müvafiq konvensiyanı pozaraq bütün dünyada belə hərbi bioloji laboratoriyalar yaratmaq proqramı çərçivəsində Ukrayna ərazisində bir neçə hərbi bioloji laboratoriyalar yaratması barədə aşka
Region
10 Mart , 2022 15:02
Lavrov: Rusiya ABŞ-ın Ukraynadakı bioloji fəaliyyəti ilə bağlı izahat tələb edir

“Pentaqonun bioloji və toksin silahlarının qadağan edilməsinə dair müvafiq konvensiyanı pozaraq bütün dünyada belə hərbi bioloji laboratoriyalar yaratmaq proqramı çərçivəsində Ukrayna ərazisində bir neçə hərbi bioloji laboratoriyalar yaratması barədə aşkar edilmiş məlumat bizi çox narahat edir. Bunun necə izah oluna biləcəyi ilə bağlı rəsmi sorğu göndərdik, cavab tələb edəcəyik”.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya şəhərində Ukrayna və Türkiyə XİN başçıları ilə keçirdiyi üçtərəfli görüşdən sonra mətbuat konfransında söyləyib.

“Vaşinqton nümayəndələrinin Ukraynada hansısa qadağan olunmuş fəaliyyətlə məşğul olduqlarına dair “şayiələri” açıq şəkildə təkzib etmələri təəccüblü deyil. Avropa İttifaqının dərhal yekdilliklə onlarda heç bir məlumat olmadığını söyləməyə başlaması təəccüblü deyil. Amerikalıların Ukraynada hansısa hərbi-bioloji fəaliyyətlə məşğul olması təəccüblü deyil və təbii ki, amerikalıların bu fəaliyyəti dərin məxfilik şəraitində həyata keçirməsi təəccüblü deyil”, - XİN başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi