Lavrov: "HƏMAS oktyabrın 7-də terror aktı həyata keçirib, biz bunu dərhal qınamışıq"

Lavrov: "HƏMAS oktyabrın 7-də terror aktı həyata keçirib, biz bunu dərhal qınamışıq" HƏMAS oktyabrın 7-də terror aktı həyata keçirib, biz bunu dərhal qınamışıq.
Region
10 Dekabr , 2023 17:58
Lavrov: HƏMAS oktyabrın 7-də terror aktı həyata keçirib, biz bunu dərhal qınamışıq

"HƏMAS oktyabrın 7-də terror aktı həyata keçirib, biz bunu dərhal qınamışıq".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Doha Forumu çərçivəsində onlayn çıxışı zamanı deyib.

S.Lavrov qeyd edib ki, HƏMAS-ın Dohada yerləşən siyasi qanadı var, Moskva da məhz onlarla əlaqə saxlayır.

"Bu təmaslar girovların azad edilməsi ilə bağlı razılığa gəlməyə imkan verdi və İsrail buna müsbət reaksiya verdi", - nazir bildirib.

Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.

Son xəbərlər

Orphus sistemi