Latviya Rusiyanın daha 80 telekanalının yayımını qadağan edib

Latviya Rusiyanın daha 80 telekanalının yayımını qadağan edib Latviyanın Elektron KİV üzrə Milli Şurası ölkədə Rusiyanın daha 80 telekanalının yayımını qadağan edib.
Region
6 İyun , 2022 14:18
Latviya Rusiyanın daha 80 telekanalının yayımını qadağan edib

Latviyanın Elektron KİV üzrə Milli Şurası ölkədə Rusiyanın daha 80 telekanalının yayımını qadağan edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şuraının başçısı İvars Abolinş bildirib.

“Bu qərar iyunun 9-dan qüvvəyə minəcək. Rusiya Ukraynaya qarşı müharibəni dayandırmayanadək qüvvədə olacaq”, - o qeyd edib.

Məlumata görə, başqa telekanallarla yanaşı, “E TV”, “İllüzion”, “Kino24”, “Mir TV”, “Oxota və rıbalka”, “Perets”, “Russki İllüzion” da qadağan edilib.

Bu il martın 1-dən isə “Mir 24” və “RTVI”nin yayımı qadağan olunub.

Son xəbərlər

Orphus sistemi