Kvemo Kartlidə COVID-19-a yoluxma halları kəskin artıb

Kvemo Kartlidə COVID-19-a yoluxma halları kəskin artıb Gürcüstanın azərbaycanlılar yaşayan Kvemo Kartli bölgəsində son sutkada koronavirusa 44 yeni yoluxma halı qeydə alınıb.
Region
1346
15 Oktyabr , 2020 11:57
Kvemo Kartlidə COVID-19-a yoluxma halları kəskin artıb

Gürcüstanın azərbaycanlılar yaşayan Kvemo Kartli bölgəsində son sutkada koronavirusa 44 yeni yoluxma halı qeydə alınıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, günlük müqayisədə yoluxma sayı 33 hal və ya 4 dəfə artıb.

Bölgədə oktyabrın 13-də COVID-19-a 7, oktyabrın 14-də isə 11 yoluxma faktı təsdiqlənib.

Gürcüstanda son 24 saat ərzində ən yüksək sutkalıq yoluxma sayı 366 olmaqla Tbilisinin payına düşüb. Halların 286-sı Acarıstan, 104-ü isə İmereti bölgəsi ilə əlaqələdir.

Son xəbərlər

Orphus sistemi