Kutaisi hava limanına qatarla getmək mümkün olacaq

Kutaisi hava limanına qatarla getmək mümkün olacaq Gürcüstanın Kutaisi beynəlxalq hava limanına qədər dəmir yolu inşa olunacaq.
Region
6 Fevral , 2020 17:46
Kutaisi hava limanına qatarla getmək mümkün olacaq

Gürcüstanın Kutaisi beynəlxalq hava limanına qədər dəmir yolu inşa olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti bununla bağlı layihəni artıq təsdiqləyib: “Layihə çərçivəsinə Kutaisi aeroportu Kopitnari dəmir yolu stansiyası ilə birləşdiriləcək və stansiya da bərpa olunacaq”.

N.Turnava dəmir yolu xəttinin tikinitisinə tezliklə start veriləcəyini deyib.

Kutaisi hava limanında yeni terminalın inşa olunduğunu xatırladan nazir deyib ki, həyata keçiriləcək layihələr aeroportu daha da cəlbedici edəcək.

Qeyd edək ki, Kutaisi hava limanına qədər 3 kilometrlik dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihəyə 2017-ci ildən başlanılsa da, 2018-ci ildə təxirə salınıb.

Kutaisi aeroportu populyarlığına görə Gürcüstanın ikinci hava limanıdır. Hava limanından dünyanın müxtəlif yerlərinə aşağıbüdcəli “Wizzair” aviaşirkəti uçuşlar həyata keçirir. Hazırda aeroporta avtobus və ya mikroavtobusla getmək mümkündür. 

Son xəbərlər

Orphus sistemi