Kür çayının Türkiyədən keçən hissəsi donub

Kür çayının Türkiyədən keçən hissəsi donub Bakı. 24 noyabr. REPORT.AZ/ Kür çayının Türkiyənin Ərdahan bölgəsindən keçən hissəsi tamamilə donub.
Region
24 Noyabr , 2017 16:08
Kür çayının Türkiyədən keçən hissəsi donub

Bakı. 24 noyabr. REPORT.AZ/ Kür çayının Türkiyənin Ərdahan bölgəsindən keçən hissəsi tamamilə donub.

“Report” "Milliyet"ə istinadən xəbər verir ki, bölgədə -17 dərəcə şaxta olub.

Yerli sakinlər bildiriblər ki, havaların soyuması ilə əlaqədar Kür çayı donub və donu yazda açılacaq.

Türkiyəli meteoroloqlar Ərdahanın Göle rayonunda 19, Ərdahanda 17, Çıldırda 15, Damalda 12, Hanakda 10 Posofda 12 dərəcə şaxta qeyd alıb.

Xatırladaq ki, Kür çayı Ərdahan bölgəsinin mərkəzindən keçərək Gürcüstan və Azərbaycandan axıb Xəzər dənizinə tökülür. 

Son xəbərlər

Orphus sistemi