Kuleba Qərb ölkələrini Rusiyaya silahların kritik komponentlərinin verilməsində ittiham edib

Kuleba Qərb ölkələrini Rusiyaya silahların kritik komponentlərinin verilməsində ittiham edib Ukraynada məhv edilən Rusiya silahlarının kritik komponentlərin 95%-ə qədəri Qərb ölkələrindən gəlir.
Region
19 Yanvar , 2024 14:43
Kuleba Qərb ölkələrini Rusiyaya silahların kritik komponentlərinin verilməsində ittiham edib

Ukrayna xarici işlər naziri Dmitro Kuleba Qərb ölkələrini Rusiyaya silahların kritik komponentlərinin verilməsində ittiham edib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitro Kuleba “X”də yazıb.

O bildirib ki, Ukraynada vurulan Rusiya silahlarının kritik komponentlərin 95%-ə qədəri Qərb ölkələrindən gəlir.

Nazir qeyd edib ki, Qərb Rusiyanın silah istehsal etmək qabiliyyətinin aşağı salınması məsələsinə ciddi yanaşmalıdır: “Bunlar daha çox özəl firmalardır. Qərbdə bu məsələni həll edə biləcək ixtisaslaşmış qurumlar var. Məsuliyyətin ən böyük payı şirkətlərin özlərinin üzərinə düşür”.

Nazir qeyd edib ki, bu ehtiyat hissələrinin Rusiyaya tədarükünün dayandırılması özəl və dövlət sektorunun genişmiqyaslı, birgə səylərini tələb edir: “Bu, Ukraynada bir çox mülki vətəndaşın həyatını xilas edəcək və Rusiyanın döyüş maşınını sıradan çıxaracaq”.

Son xəbərlər

Orphus sistemi