Kreml Ermənistan Təhlükəsizlik Şurasının katibini təxribatçı adlandırıb 

Kreml Ermənistan Təhlükəsizlik Şurasının katibini təxribatçı adlandırıb  “Bu bəyanat həqiqətə uyğun olmayan təxribat sayıla bilər”.
Region
27 Dekabr , 2022 16:47
Kreml Ermənistan Təhlükəsizlik Şurasının katibini təxribatçı adlandırıb 
Dmitri Peskov

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı təxribatçı adlandırıb.

“Report”un xəbərinə görə, D.Peskov Ermənistanın "NEWS.am” saytına açıqlamasında A.Qriqoryanın fikirlərinə münasibət bildirib.

“Bu bəyanat həqiqətə uyğun olmayan təxribat sayıla bilər”, - Kreml sözçüsü vurğulayıb.

D.Peskovun sözlərinə görə, A.Qriqoryanın fikirləri həqiqətə uyğun deyil: “Rusiyanın rəsmi şəxslərindən heç kim, heç bir vasitə ilə Ermənistan tərəfə bu barədə bir söz deməyib”.

Xatırladaq ki, A.Qriqoryan “Azadlıq” radiosuna müsahibə verib. O deyib ki, Rusiya Ermənistanın strateji müttəfiqidir. Təhlükəsizlik Şurasının katibi daha sonra əlavə edib ki, Rusiya Ermənistanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə və yaranmaqda olan Rusiya-Belarus ittifaq dövlətinə qoşulmağa məcbur edir.

Son xəbərlər

Orphus sistemi