Krasnodarda oteldə partlayış olub, ölən və yaralananlar var - VİDEO - YENİLƏNİB

Krasnodarda oteldə partlayış olub, ölən və yaralananlar var - VİDEO - YENİLƏNİB Rusiyanın Krasnodar diyarının Gəlincik şəhərində mehmanaxanada partlayış baş verib.
Region
13 İyul , 2021 12:02
Krasnodarda oteldə partlayış olub, ölən və yaralananlar var - VİDEO - YENİLƏNİB

“Rusiyanın Krasnodar diyarının Gəlincik şəhərində partlayış baş verən mehmanxanadan 50 nəfər təxliyə edilib”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin açıqlamasında bildirilib.

Məlumata görə, binanın birinci mərtəbəsində daxili konstruksiyalar dağılıb: “Dağıntılar araşdırılır”.

FHN-nin məlumatına əsasən, özəl mehmanxananın mətbəxində qaz partlayışından sonra binanın arakəsmələri və xarici divarı uçub. Gəlincik Prokurorluğu yoxlamaya başlayıb.

10.16

Rusiyanın Krasnodar diyarının Gəlincik şəhərində mehmanxanada partlayış baş verib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Krasnodar diyarındakı Fövqəladə Hallar Xidmətindən bildirilib.

Qeyd olunub ki, hadisə nəticəsində bir nəfər ölüb, 4 nəfər yaralanıb: “İlkin məlumata görə, hadisə qazın partlaması nəticəsində baş verib”.

Son xəbərlər

Orphus sistemi