Koronavirusa yoluxan məşhur gürcü aktyorunun vəziyyəti ağırdır

Koronavirusa yoluxan məşhur gürcü aktyorunun vəziyyəti ağırdır "Aktyorun vəziyyəti ağır olaraq qalır”
Region
23 Aprel , 2021 18:58
Koronavirusa yoluxan məşhur gürcü aktyorunun vəziyyəti ağırdır
Kaxi Kavsadze

Gürcüstanın məşhur kino və teatr aktyoru Kaxi Kavsadzenin sağlamlıq durumu ağır kimi qiymətləndirilir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə 85 yaşlı Xalq artistinin iki aydır müalicə olunduğu Tbilisinin 1 saylı Universitet Klinikasının direktoru Levan Ratiani bildirib.

“Bütün mümkün metodlardan istifadəyə baxmayaraq, təəssüflər olsun ki, hazırda Kaxi Kavsadzenin vəziyyətində mənfi dinamika müşahidə edilir. Aktyorun vəziyyəti ağır olaraq qalır”, - L.Ratiani “Rustavi 2” telekanalına müsahibəsində deyib.

Qeyd edək ki, tanınmış aktyor ötən ilin noyabrında koronavirusa yoluxub. O, sağalandan sonra evə buraxılsa da, daha sonra vəziyyətinin pisləşməsinə görə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

K.Kavsadze kino və teatrda parlaq obrazlar yaradıb. O, məşhur “Səhranın bəyaz günəşi” filmində yaratdığı Qara Abdulla rolu ilə daha çox tanınır.

Son xəbərlər

Orphus sistemi