Koronavirus Ermənistanda tələbələr arasında da yayılır

Koronavirus Ermənistanda tələbələr arasında da yayılır Ermənistanın Dövlət İqtisad Universitetində koronavirusa yoluxma qeydə alınıb.
Region
10 Sentyabr , 2020 02:34
Koronavirus Ermənistanda tələbələr arasında da yayılır

Ermənistanın Dövlət İqtisad Universitetində koronavirusa yoluxma qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə "News.am"a universitetin mətbuat xidmətində bildirilib.

Qeyd edilir ki, sentyabrın 2-də tələbələrdən birində yüksək hərarət aşkar edilib. O, testdən keçirilib və koronavirusa yoluxma halı təsdiqlənib. Sentyabrın 8-də həmin kursun (fakültənin adı açıqlanmır - red) daha bir tələbəsində yüksək hərarət aşkar edilib. Həmin kursun bütün tələbələri evə göndərilib.

“Hazırda bu kursun tədris proqramı distant keçirilir. Hadisə haqqında lazımi qaydada Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzə bildirilib. Müəllimlər arasında yoluxma halları yoxdur", - universitetdə bildiriblər.

Qeyd edək ki, ötən gün Ermənistanda daha 199 nəfərdə koronavirus aşkarlanıb. Bununla da virusa yoluxanların sayı 45 152-yə yüksəlib. Ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 905-ə çatıb.

Son xəbərlər

Orphus sistemi