Bakı. 6 yanvar. REPORT.AZ/ Türkiyənin Konya əyalətinin Cihanbəyli rayonunda məktəb şagirdlərini daşıyan avtobusun aşması nəticəsində 3 şagird ölüb, 4-ü ağır olmaqla 40 məktəbli yaralanıb.
“Report” DHA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Cihanbeyli-Konya avtomobil yolunda baş verib.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Məlumata görə, qəzanın baş verməsinə səbəb kimi yolun buz bağlaması göstərilib. Yol buz olduğundan sürücü idarəetməni itirib və avtobus aşıb.