Komitə sədri: ABŞ və Aİ-nin maliyyə yardımını dayandırması Gürcüstana təsir etməyəcək

Komitə sədri: ABŞ və Aİ-nin maliyyə yardımını dayandırması Gürcüstana təsir etməyəcək ABŞ və Avropa İttifaqının (Aİ) maliyyə yardımı Gürcüstan vətəndaşlarına birbaşa təsir göstərmir, buna görə də bu yardımın dayandırılmasından respublikaya ziyan dəyməyəcək.
Region
2 Avqust , 2024 15:48
Komitə sədri: ABŞ və Aİ-nin maliyyə yardımını dayandırması Gürcüstana təsir etməyəcək

ABŞ və Avropa İttifaqının (Aİ) maliyyə yardımı Gürcüstan vətəndaşlarına birbaşa təsir göstərmir, ona görə də bu yardımın dayandırılmasından ölkəyə ziyan dəyməyəcək.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bunu Gürcüstan parlamentinin Prosedur məsələlər və qaydalar komitəsinin rəhbəri İrakli Kadaqişvili deyib.

“Təəssüf ki, sözügedən yardım əsasən amerikalıların və avropalıların burada qalmasına xidmət edib, bunun bizim vətəndaşlarımıza, hökumətin fəaliyyətinə, pensiya, maaş, səhiyyə, müdafiə və ya digər sahələrə birbaşa təsiri yoxdur”, - Kadaqişvili bildirib.

Onun sözlərinə görə, maliyyə yardımı o qədər az olub ki, bu, yalnız onların proqramlarının və təşkilatlarının işçilərinin maliyyələşdirilməsinə yönəldilib.

Kadaqişvili əminliyini bildirib ki, Gürcüstanda bu il oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən və Ukraynada hərbi əməliyyatlar başa çatdıqdan sonra tərəfdaşlarla münasibətlər normallaşacaq.

Son xəbərlər

Orphus sistemi