Məhkəmə Robert Koçaryanı Moskvaya buraxmadı

Məhkəmə Robert Koçaryanı Moskvaya buraxmadı Bir həftə əvvəl Rusiyanın hakim Vahid Rusiya Partiyası tərəfindən Moskavaya dəvət olunan Ermənistanın keçmiş Prezidenti, müxalif “Ermənistan” Alyansının rəhbəri Robert Koçaryana ölkədən çıxmaq qadağan olunub.
Region
389
17 Sentyabr , 2021 19:40
Məhkəmə Robert Koçaryanı Moskvaya buraxmadı
Robert Koçaryan

Bir həftə əvvəl Rusiyanın hakim Vahid Rusiya Partiyası tərəfindən Moskvaya dəvət olunan Ermənistanın keçmiş Prezidenti, müxalif “Ermənistan” Alyansının rəhbəri Robert Koçaryana ölkədən çıxmaq qadağan olunub.

“Report” xəbər verir ki, məlumatı Ermənistan mətbuatı yayıb.

Birinci instansiya məhkəməsi R.Koçaryanın ölkədən getməsinə razılıq verməyib.

Məhkəmənin qərarında deyilir ki, hazırda R.Koçaryanın rüşvət iddiası ilə mühakiməsi davam etdiyindən, eks-prezident ölkədən çıxa bilməz.

R.Koçaryanın rəhbərlik etdiyi "Ermənistan bloku"nun bəyanatında deyilir ki, məhkəmə qərarı siyasi sifarişlə çıxarıb.

Qeyd edək ki, Rusiyanın hakim partiyası Koçaryanı siyasi məsləhətləşmələr üçün Moskvaya çağırmışdı.

Son xəbərlər

Orphus sistemi