Kiyev teleqülləsinin atəşə tutulması nəticəsində 5 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin feysbuk səhifəsində bildirilir.
İlkin məlumatlara görə, Kiyev teleqülləsinə iki raket düşüb. Teleqülləni elektrik enerjisi ilə qidalandıran transformator yarımstansiyası, eləcə də idarəetmə otağı zədələnib.
Ukraynanın paytaxtı Kiyevdə teleqüllənin atəşə tutulması nəticəsində bəzi telekanalların yayımı dayanıb.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yaxın saatlarda kanalların bir hissəsinin yayımı bərpa olunacaq.
Ukraynanın paytaxtı Kiyevin teleqülləsi Rusiya qüvvələrinin atəşinə məruz qalıb.
“Report” xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko teleqramda bildirib.