Kiyevdə 2 sutkalıq komendant rejimi tətbiq olunacaq

Kiyevdə 2 sutkalıq komendant rejimi tətbiq olunacaq Ukraynanın paytaxtı Kiyevdə tətbiq edilən komendant rejimi martın 15-i saat 21.00-dan martın 17-si saat 8.00-dək uzadılıb.
Region
15 Mart , 2022 13:26
Kiyevdə 2 sutkalıq komendant rejimi tətbiq olunacaq

Ukraynanın paytaxtı Kiyevdə martın 15-i yerli vaxtla saat 20.00-dan martın 17-si saat 7.00-dək komendant rejimi tətbiq olunacaq.

“Report” xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko məlumat verib.

Bildirilib ki, komendant rejimi ərzində şəhərdə xüsusi buraxılışı olmadan hərəkət etmək qadağandır.

“Kiyevlilər iki sutka evdə otursun, həyəcan siqnalı veriləndə isə hamının sığınacağa getməsini xahiş edirəm”, - V.Kliçko vurğulayıb.

İngilis versiyası Kyiv mayor extends curfew 

Son xəbərlər

Orphus sistemi