Ukraynanın Kiyev vilayətinin Bila Serkva şəhərində beşmərtəbəli binadakı mənzillərdən birində sonradan yanğınla müşayiət olunan partlayış baş verib.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Vəziyyətlər üzrə Dövlət Xidməti
Məlumata görə, binanın 2-ci mərtəbədən 5-ci mərtəbəsinədək dəmir-beton örtüyü çöküb.
Qeyd olunub ki, “19:45-ə (Bakı vaxtı ilə 21:45 – red.) olan vəziyyətə görə naməlum maddənin partlaması nəticəsində ölənlərin sayı 2-yə yüksəlib (binanın üçüncü mərtəbəsində insan qalıqları aşkarlanıb)”.
Hadisə yerli vaxtla saat 15:00 (Bakı vaxtı ilə 17:00) radələrində olub.