Fransa-Almaniyanın televiziya kanalı olan ARTE-də terror təşkilatı PKK-nın təbliğatı aparılır.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” nəşri məlumat yayıb.
Bildirilib ki, PKK haqqında çəkilən sənədli filmə “Avropada PKK: silahlı mübarizə, yoxsa terrorizm?” adı verilib.
Sənədli filmdə PKK rəhbərlərinin fikirlərinə yer verilib və Avropanın bu təşkilatı necə maliyyələşdirdiyi izah edilib.
Qeyd olunub ki, Avropa hər il PKK-ya 20 milyon avro ayırır.