KİV: Türkiyə və Ermənistan nümayəndələrinin növbəti görüşü keçiriləcək

KİV: Türkiyə və Ermənistan nümayəndələrinin növbəti görüşü keçiriləcək Türkiyə və Ermənistan diplomatik nümayəndələri iyulun 2-də görüşəcək.
Region
1 İyul , 2024 15:37
KİV: Türkiyə və Ermənistan nümayəndələrinin növbəti görüşü keçiriləcək

Türkiyə və Ermənistan nümayəndələri arasında növbəti görüş iyulun 2-də keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Novosti Armenii” yayıb.

Bildirilib ki, görüşün Türkiyə-Ermənistan sərhədində “Marqara” Nəzarət Buraxılış Məntəqəsində keçirilməsi gözlənilir.

Qeyd edək ki, bu yaxınlarda Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan bildirmişdi ki, tərəflər arasında rəsmi görüş çoxdan keçirilməyib. Əlavə edib ki, Ermənistan və Türkiyə nümayəndələri arasında yeni görüşün keçirilməsi ilə bağlı razılıq var. Lakin o, görüşün tarixi və yerinin hələ müzakirə olunmadığını deyib.

R.Rubinyan onu da qeyd edib ki, Ermənistan-Türkiyə sərhədindəki "Marqara" körpüsü artıq təmir olunub və hazır vəziyyətə gətirilib.

Görüşün təşkili ilə bağlı rəsmi məlumat yayılmayıb.

Son xəbərlər

Orphus sistemi