KİV Rusiyanın Ukraynaya müharibəni dayandırmaq üçün irəli sürdüyü 6 tələbi açıqlayıb

KİV Rusiyanın Ukraynaya müharibəni dayandırmaq üçün irəli sürdüyü 6 tələbi açıqlayıb Ukraynanın ZN.UA agentliyi Rusiyanın Ukraynaya müharibəni dayandırmaq üçün irəli sürdüyü tələblər açıqlayıb.
Region
1376
11 Mart , 2022 01:45
KİV Rusiyanın Ukraynaya müharibəni dayandırmaq üçün irəli sürdüyü 6 tələbi açıqlayıb

Ukraynanın ZN.UA agentliyi Rusiyanın Ukraynaya müharibəni dayandırmaq üçün irəli sürdüyü tələbləri açıqlayıb.

“Report” xəbər verir ki, mətbu orqana bu barədə diplomatik mənbələrdən bildirilib. Onlardan 5-i Kremlin istədiyi kimi, Ukrayna Konstitusiyasında təsbit edilməlidir.

Qeyd edilir ki, Rusiyanın Ukraynaya qarşı tələbləri bunlardır:

NATO-ya üzvlükdən imtina, Ukraynanın neytral statusu.

Rus dili Ukraynada ikinci dövlət dili olmalıdır. Onu məhdudlaşdıran bütün qanunlar ləğv edilməlidir.

Krımın Rusiya ərazisi kimi tanınması.

Qondarma DXR və LXR-in, regionların (hazırda Ukraynanın nəzarətində olan ərazilər də daxil olmaqla) inzibati sərhədləri daxilində müstəqilliklərinin Ukrayna tərəfindən tanınması.

"Denasifikasiya". Ultra-millətçi, nasist və neonasist partiyaların və ictimai təşkilatların fəaliyyətinin qadağan edilməsi, nasistlərin və neonasistlərin tərənnümü ilə bağlı mövcud qanunların ləğv olunması.

"Ukraynanın demilitarizasiyası". İstənilən halda istənilən növ silahların gətirilə biləcəyi hücum silahlarından tamamilə imtina.

Son xəbərlər

Orphus sistemi