KİV: "Rusiya Ukrayna ilə sərhəddə yeni hərbi qüvvə və texnika yerləşdirir"

KİV: "Rusiya Ukrayna ilə sərhəddə yeni hərbi qüvvə və texnika yerləşdirir" Rusiya son həftələrdə Şərq Sibir və Uzaq Şərqdən ölkənin qərbinə, ilhaq etdiyi Krım yarımadasına, habelə Ukrayna ilə sərhəd bölgələrinə yeni hərbi qüvvə və texnika yerləşdirir.
Region
156
12 Yanvar , 2022 16:10
KİV: Rusiya Ukrayna ilə sərhəddə yeni hərbi qüvvə və texnika yerləşdirir

Rusiya son həftələrdə Şərq Sibir və Uzaq Şərqdən ölkənin qərbinə, ilhaq etdiyi Krım yarımadasına, habelə Ukrayna ilə sərhəd bölgələrinə yeni hərbi qüvvə və texnika yerləşdirir.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Conflict Intelligence Team” jurnalist-araşdırmaçılar qrupunun yaydığı materialda məlumat verib.

Məlumata görə, qrup sosial şəbəkədə yerləşdirilən 30-dək yeni videomaterialı izləyib. Həmin materiallarda yük maşınlarının, yanacaqdolduran avtomobillərin, tankların, piyadaların döyüş maşınlarının, “Qrad”, “Uraqan” reaktiv atəş sisteminin, “Tor” Zenit-Raket Kompleksinin hərəkəti müşahidə edilib. Bildirilib ki, texnika və canlı qüvvə Rusiyanın Buryatiya, Zabaykal diyarı, Amur vilayəti və Primorsk diyarından gətirildiyi ehtimal olunur.

Qərb kəşfiyyatçılarının məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya hücum etmək üçün 100 min hərbçi cəlb edə, hücum isə 2022-ci ilin qışında başlaya bilər.

Son xəbərlər

Orphus sistemi