Rusiya Ukraynadakı müharibəni maliyyələşdirmək məqsədilə Sudandan qeyri-qanuni yolla qızıl daşıyır.
“Report” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Televiziyanın informasiyasına görə, Rusiyanın Ukraynaya hücumundan bir neçə gün sonra Rusiyaya məxsus yük təyyarəsi Sudanın paytaxtı Xartumdan qanunsuz olaraq bir tona yaxın qızıl çıxarıb. Həmin sərvətlər peçenye qutularının altında gizlədilib.
Bildirilib ki, ən azı 16 təyyarə bu işlə məşğuldur.
Qızılın müqabilində Moskva ölkənin demokratik hərəkatını vəhşicəsinə yatıran Sudanın getdikcə populyarlaşan hərbi rəhbərliyinə hərbi-siyasi dəstək göstərir.
Qeyd olunub ki, qızıl ixracı sxeminin arxasında rusiyalı oliqarx Yevgeni Priqojin dayanır.
Daha əvvəl bildirilmişdi ki, Avropa artıq Rusiya qızılını almayacaq. Bu, yeni anti-Rusiya sanksiyalar paketi ilə bağlıdır.