KİV: "Rusiya kütləvi səfərbərlik elan etməsə, uduzacaq"

KİV: "Rusiya kütləvi səfərbərlik elan etməsə, uduzacaq" Hər gün Ukraynada təxminən 500 Rusiya hərbçisi ölür və ya yaralanır.
Region
12 Avqust , 2022 16:09
KİV: Rusiya kütləvi səfərbərlik elan etməsə, uduzacaq

"Hər gün Ukraynada təxminən 500 Rusiya hərbçisi ölür və ya yaralanır".

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə “The New York Times” nəşri ABŞ kəşfiyyat məlumatlarına əsasən yazıb.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Beynəlxalq Təhlükəsizlik Proqramları üzrə direktoru Set Consun sözlərinə görə, belə ağır itkilər Rusiya ordusunu xeyli yorur və döyüş meydanında hücumun effektivliyini aşağı salır: “Rusiya ordusu tükənib. Bu, onun Ukraynadakı fəaliyyətinə təsir edir. Rusiya hətta Donetskdə tam nəzarəti təmin edə biləcək gücdə deyil”.

Makkeyn İnstitutunun direktoru Evelin Farkas bildirib ki, Rusiya hakimiyyəti öz ordusu üçün əlavə insan resursları cəlb etməkdə çətinlik çəkir: “Rusiya kütləvi səfərbərlik həyata keçirməsə, uduzacaq”.

NATO-nun Avropadakı birləşmiş qüvvələrinin ali komandanı, istefada olan general Filip Bridlavın düşünür ki, Rusiyanın itkiləri kifayət qədərdir: “Vəziyyət o həddə çatıb ki, Rusiya hətta əsir düşmüş ukraynalıları öz tərəfindən döyüşməyə məcbur etməyə çalışır. Rusiyanın insan resursu ilə bağlı ciddi problemi var".

Qeyd edək ki, Ukrayna Baş Qərargahının məlumatına görə, indiyədək bu ölkədə Rusiyanın 43 200 hərbçisi məhv edilib.

Son xəbərlər

Orphus sistemi