Luqanskda separatçıların “baş prokuror”u və onun müavininin öldüyü təsdiqlənib

Luqanskda separatçıların “baş prokuror”u və onun müavininin öldüyü təsdiqlənib Qondarma Luqansk Xalq Respublikasının “baş prokuror”u Sergey Qorenko “Baş Prokurorluğ”un inzibati binasındakı partlayışda ölüb
Region
16 Sentyabr , 2022 14:33
Luqanskda separatçıların “baş prokuror”u və onun müavininin öldüyü təsdiqlənib

Qondarma Luqansk Xalq Respublikasının “baş prokuror”u Sergey Qorenko ilə yanaşı onun müavini Yekaterina Steqlenko da öldürülüb.

“Report” RBC-ya istinadən xəbər verir ki, bu barədə məlumatı qondarma respublikanın “Daxili İşlər Nazirliyi” təsdiqləyib.

14:03

Qondarma Luqansk Xalq Respublikasının “baş prokuror”u Sergey Qorenko “Baş Prokurorluğ”un inzibati binasındakı partlayışda ölüb.

“Report” xəbər verir ki, bu barədə "112" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, onun müavini Yekaterina Steqlenko isə yaralanıb.

Bildirilib ki, partlayışın episentri S.Qorenkonun kabinetində olub.

Qeyd edək ki, daha öncə Rusiyanın TASS dövlət agentliyi S.Qorenkonun yaralandığını bildirmişdi.

Xatırladaq ki, Ukraynanın işğal altındakı Luqansk şəhərində “Baş Prokurorluq” binasında partlayış olub.

Son xəbərlər

Orphus sistemi