KİV: "İranın şimalında zəlzələ nəticəsində dağıntılar var"

KİV: "İranın şimalında zəlzələ nəticəsində dağıntılar var" Episentri İranın Qərbi vilayətinin Xoy şəhəri olan zəlzələ nəticəsində təbii fəlakətin baş verdiyi ərazidə dağıntılar qeydə alınıb
Region
29 Yanvar , 2023 00:02
KİV: İranın şimalında zəlzələ nəticəsində dağıntılar var

Episentri İranın Qərbi vilayətinin Xoy şəhəri olan zəlzələ nəticəsində təbii fəlakətin baş verdiyi ərazidə dağıntılar qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə “İran Kargər” nəşri məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar sonucunda Xoy şəhərində elektrik və qaz verilişi kəsilib.

Eyni zamanda, nəşrin məlumatına görə, şəhərdə xəsarət alan vətəndaşlar da var.

Qeyd edək ki, Xoy Azərbaycan türklərinin kompakt yaşadığı şəhərlərdən biridir.

Xatırladaq ki, yanvarın 28-də saat 22:14-də Naxçıvan stansiyasında 108 km cənubda, İran ərazisində zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib ki, maqnitudası 6,2 olan yeraltı təkanların dərinliyi 10 km olub.

Son xəbərlər

Orphus sistemi