İranda şagirdlərin 70 faizi savadsızdır.
“Report” xəbər verir ki, bu barədə “Etemad” qəzeti hesabat yayıb.
Bildirilib ki, İranda ibtidai və orta məktəb şagirdlərinin 40 faizi oxu, riyaziyyat və təbiət elmləri üzrə minimum bilik səviyyəsinə çatmayıb. Məlumata görə, bununla yanaşı, onların 70 faizdən çoxu dünya üzrə orta göstəricidən aşağı nəticələr göstərib.
Hesabatda yazılıb ki, hər 4 və 5 ildən bir keçirilən beynəlxalq test (TIMBS və PERLS) üzrə İran aşağı göstəricilərə malik ölkələr sırasındadır.
2023-cü il və 2021-ci ildə keçirilən testlərin nəticələrinə əsasən, İranda on şagirddən dördü oxu, riyaziyyat və təbiət elmləri üzrə minimum bilik səviyyəsinə çatmayıb və çox aşağı nəticələr göstərir.
Bildirilib ki, Sistan və Bəlucistan əyalətində 24 yaşadək əhalinin 58,4 faizi orta məktəb attestatına malik deyil. Statistika Mərkəzinin 2023-cü il üzrə sosial vəziyyətə dair son hesabatına görə, ölkədə məktəbə getməyən təxminən 930 min uşaq və yeniyetmə var. Ondan sonrakı yerdə 41 faizlə mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycan, 38 faizlə Gülüstan əyaləti gəlir.