KİV: İndoneziya Prezidenti Zelenskinin mesajını Putinə çatdırmaq istəyir

KİV: İndoneziya Prezidenti Zelenskinin mesajını Putinə çatdırmaq istəyir İndoneziya Prezidenti Coko Vidodo Ukrayna lideri Volodimir Zelenskidən Rusiyanın dövlət başçısı Vladimir Putinə sülh danışıqlarına kömək etmək üçün mesaj göndərməyi təklif edib.
Region
30 İyun , 2022 08:24
KİV: İndoneziya Prezidenti Zelenskinin mesajını Putinə çatdırmaq istəyir

İndoneziya Prezidenti Coko Vidodo Ukrayna lideri Volodimir Zelenskidən Rusiyanın dövlət başçısı Vladimir Putinə sülh danışıqlarına kömək etmək üçün mesaj göndərməyi təklif edib.

Bu barədə “Report” “Sky News”a istinadən xəbər verir.

Ukraynada səfərdə olan Vidodo Moskvaya getməli olduğunu və Rusiya Prezidentini atəşkəsə razılaşmağa çağıracağını bildirib.

“Buna nail olmaq çox çətin olsa da, sülh yolu ilə həllin vacibliyini bildirdim”, - İndoneziya lideri Zelenski ilə görüşündən sonra deyib.

Vidodo Zelenskinin mesajını yaxın vaxtlarda görüşəcəyi Putinə çatdırmağı təklif edib.

Son xəbərlər

Orphus sistemi