Ermənistanda hakim partiyanın deputatları Paşinyandan narazıdır

Ermənistanda hakim partiyanın deputatları Paşinyandan narazıdır Ermənistanda hakim “Mülki müqavilə” partiyasından olan deputatlar baş nazir Nikol Paşinyandan narazıdırlar və onun birbaşa tabeliyinə keçmək istəmirlər.
Region
21 Fevral , 2024 10:16
Ermənistanda hakim partiyanın deputatları Paşinyandan narazıdır

Ermənistanda hakim “Mülki müqavilə” partiyasından olan deputatlar baş nazir Nikol Paşinyandan narazıdırlar.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti yazıb.

Bildirilib ki, hökumət başçısı bəzi nazirlərin fəaliyyətindən narazıdır və onların yerinə hakim partiyadan olan deputatları təyin etmək istəyir: “O, bir sıra bacarıqsız nazirlərdən yaxa qurtarmaq istəyir. Lakin təcrübəli mütəxəssislər tapa bilmir”.

Nəşrin məlumatına görə, N.Paşinyan bəzi deputatlara nazir vəzifəsini təklif edib:

“Ancaq parlamentarilər bundan imtina ediblər. Hakimiyyətdə olan “Mülki müqavilə" fraksiyasının deputatları icra hakimiyyətinə keçməkdən imtina edir, Nikol Paşinyanla gündəlik birbaşa təmaslardan yayınırlar. Buna səbəb deputatların birbaşa N.Paşinyanın nəzarətində olmaq istəməməsi və onunla gündəlik təmasdan yayınmaq niyyətləridir”.

Son xəbərlər

Orphus sistemi