KİV: "Gürcüstanın XİN başçısı dəyişir"
Region
- 29 dekabr, 2021
- 05:48
Gürcüstanın xarici işlər naziri David Zalkaliani gələn ayın ortalarında vəzifəsini tərk edəcək.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli “Front News” nəşri yazıb.
Bildirilib ki, XİN vəzifəsinə parlamentin keçmiş sədri Kaxa Kuçava təyin olunacaq.
Nəşrin məlumatına əsasən, D.Zalkaliani Gürcüstanın ABŞ-da səfiri təyin olunacaq. Onun təyinatı haqqında aqremanın artıq Vaşinqtona göndərildiyi və razılığın alındığı qeyd edilib.
Səlahiyyət müddəti bitmək üzrə olan Gürcüstanın ABŞ-dakı hazırkı səfiri David Bakradzenin isə fəaliyyətini beynəlxalq təşkilatların birində davam etdirəcəyi bildirilib.
Qeyd edək ki, D.Zalkaliani 2018-ci ilin iyun ayından Gürcüstan XİN-ə rəhbərlik edir. O həmçinin bu ilin fevralından Baş nazirin müavinidir.
Son xəbərlər
07:13
"QR Switch" patent pozuntusuna görə "Telegram"ı məhkəməyə verib
İKT06:47
ABŞ-də dövlət qulluqçuları ilə müsahibələrdə süni intellektdən istifadə ediləcək
Digər ölkələr06:20
ABŞ Sakit okeanda Ekvador narkokartelinin gəmisini batırıb
Digər ölkələr05:51
Aİ ABŞ-nin İranın iqtisadi təcridi ilə bağlı əməliyyatına qoşulub
Digər ölkələr05:25
Rusiya və Monqolustanda taunun təbii ocağı hələ də qalır
Digər ölkələr04:59
Adam Telle ABŞ-nin ordu nazirinin səlahiyyətlərini icra edəcək
Digər ölkələr04:25
Tramp: Kütləvi miqrant axını səbəbindən İspaniyanı dağılma təhlükəsi gözləyir
Digər ölkələr03:47
Hindistan raketi Yerin məsafədən zondlanması peykini orbitə çıxarıb
Digər ölkələr03:21