KİV: Gürcüstanın baş naziri qadın ola bilər

KİV: Gürcüstanın baş naziri qadın ola bilər Gürcüstanın baş naziri vəzifəsinə keçmiş ədliyyə naziri Tea Tsulukianinin namizədliyi irəli sürülə bilər.
Region
925
11 Noyabr , 2020 15:21
KİV: Gürcüstanın baş naziri qadın ola bilər
Tea Tsulukiani

Gürcüstanın baş naziri vəzifəsinə keçmiş ədliyyə naziri Tea Tsulukianinin namizədliyi irəli sürülə bilər.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli IPN agentliyi mənbəyə istinadla məlumat yayıb.

Məlumata əsasən, hakim Gürcü Arzusu Partiyası hökuməti formalaşdırmağa başlayıb. T.Tsulukianinin parlamentin birinci vitse-spikeri vəzifəsinə namizədliyi nəzərdən keçirilir, lakin onun baş nazir vəzifəsinə təyinatı məsələsi ilə bağlı da danışıqlar aparılır.

Məsələ üzrə yekun qərar hələ qəbul olunmayıb.

Qeyd edək ki, T.Tsulukiani parlament seçkilərində “Gürcü Arzusu”nun siyahısında 4-cü yerdə olub.

Son xəbərlər

Orphus sistemi