KİV: Gürcüstan baş naziri istefa verəcək

KİV: Gürcüstan baş naziri istefa verəcək Gürcüstan mətbuatı ölkənin baş naziri Giorgi Qaxariyanın istefa verəcəyi barədə məlumatlar yayıb.
Region
11 Fevral , 2021 12:45
KİV: Gürcüstan baş naziri istefa verəcək
Giorgi Qaxaria

Gürcüstan mətbuatı ölkənin baş naziri Giorgi Qaxariyanın istefa verəcəyi barədə məlumatlar yayıb.

“Report”un yerli bürosu xəbər verir ki, hökumət başçısının müavini, xarici işlər naziri David Zalkaliani məsələyə münasibət bildirib.

O, məlumatları qeyri-ciddi, absurd və əsassız adlandırıb: “Giorgi Qaxariya postunu tərk etmir. O, çox ciddi, ləyaqətli dövlət xadimi, önəmli islahatlar həyata keçirən siyasətçidir”.

XİN başçısı hakim komandada güclü birliyin olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi