KİV: “Yoxsulluq həddində yaşayan ermənilərin əksəriyyəti Türkiyə ilə yaxşı münasibətlərin qurulmasının tərəfdarıdır”

Region
  • 09 avqust, 2023
  • 06:36
KİV: “Yoxsulluq həddində yaşayan ermənilərin əksəriyyəti Türkiyə ilə yaxşı münasibətlərin qurulmasının tərəfdarıdır”

“Ermənistanda yoxsulluq həddində yaşayan 3 milyonluq erməni əhalisinin əksəriyyəti Türkiyə ilə yaxşı münasibətlərin qurulmasının tərəfdarıdır”.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin “Star” qəzetində dərc olunan məqalədə bildirilib.

Qeyd edilib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə ilə diplomatik məsələləri “mehriban qonşuluq münasibətləri” əsasında həll etmək istəyi ABŞ və digər ölkələrdə yaşayan ermənilər tərəfindən sərt qarşılanır.

Müəllif hesab edir ki, erməni diaspora hər vəchlə buna qarşı çıxır, erməni lobbisinin dərdi ermənilərin qayğısına qalmaq deyil, imperialist güclərin maraqlarına xidmət etməkdir: “Ancaq hiss olunur ki, Ermənistanda yoxsulluq dairəsində yaşayan 3 milyonluq erməni əhalisinin əksəriyyəti Türkiyə ilə yaxşı münasibətlərin qurulmasının tərəfdarıdır. Bunun ən bariz sübutu Türkiyədə qeyri-qanuni işləyən və qazancını Ermənistandakı ailələrinə göndərən Ermənistan vətəndaşlarının sayının 100 mini ötməsidir”.