KİV: Ermənistanda Paşinyanla XİN başçısı arasında gərginlik var

KİV: Ermənistanda Paşinyanla XİN başçısı arasında gərginlik var Ermənistanınn Baş naziri Nikol Paşinyanla xarici işlər naziri Ararat Mirzoyan arasında gərginlik var.
Region
13 Mart , 2024 12:10
KİV: Ermənistanda Paşinyanla XİN başçısı arasında gərginlik var

Ermənistanın baş naziri Nikol Paşinyanla xarici işlər naziri Ararat Mirzoyan arasında gərginlik var.

“Report” xəbər verir ki, bu barədə yerli “Hraparak” nəşri yazıb.

Bildirilib ki, onlar bir sıra məsələlərdə razılığa gələ bilmirlər: “Məsələn, Mirzoyan Ermənistan konstitusiyasının dəyişilməsinin əleyhinədir. Buna baxmayaraq, Mirzoyan bütün addımlarını Paşinyanla əlaqələndirir və hətta fikir ayrılığını gizlətmədiyi məsələlərdə baş nazirə qarşı çıxmağa cəhd etmir”.

Qəzet həmçinin yazıb ki, hakim "Mülki müqavilə" Partiyasında Mirzoyanla bağlı dərin məyusluq var.

Son xəbərlər

Orphus sistemi