KİV: Ermənistanda baş qərargah rəisinin müavini istefa verəcək

KİV: Ermənistanda baş qərargah rəisinin müavini istefa verəcək Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini general-leytenant Stepan Qalstyan vəzifədən getmək niyyətindədir
Region
29 May , 2021 14:06
KİV: Ermənistanda baş qərargah rəisinin müavini istefa verəcək

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini general-leytenant Stepan Qalstyan vəzifədən getmək niyyətindədir.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, daha əvvəl o, baş qərargah rəisi Onik Qasparyanla birgə istefa verməyi düşünmüş, lakin hökumətin təkidi ilə bu addımı təxirə salmışdı.

“Müxtəlif qurumlardakı istefaların başlıca səbəbi Azərbaycanla sərhəd məsələsinə və münasibətlərə dair baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın davranışı, bəyanatlarıdır”, – “Joğovurd” qəzeti yazır.

Həmçinin Xarici İşlər, Müdafiə nazirliklərində, Milli Təhlükəsizlik Xidmətində yeni istefaların gözlənildiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi