Ermənistanda müdafiə nazirinin müşavirinin işdən çıxarıldığı təsdiqlənib - YENİLƏNİB
- 21 avqust, 2025
- 17:30
Ermənistan Müdafiə Nazirliyi general-mayor Artak Tonoyanın nazir müşaviri vəzifəsindən azad edilməsi barədə məlumatı təsdiqləyib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Aram Torosyan bildirib.
"General-mayor Artak Tonoyan uzun müddət hərbi xidmətdə olması və təqaüdə çıxması ilə əlaqədar öz ərizəsi ilə Ermənistan Silahlı Qüvvələrinin ehtiyatına buraxılıb", - o qeyd edib.
Xatırladaq ki, daha əvvəl KİV-də onun oğlu Artaşes Tonoyanın həbs edilməsi barədə məlumat yayılmışdı. Onun adı avqustun 15-də kriminal avtoritet Rustam Stepanyanın evi yaxınlığında güllələnən 24 yaşlı D.Mamikonun qətli ilə bağlı cinayət işində hallanır.
Hüquq-mühafizə orqanları tərəfindən üç şübhəli şəxsi saxlanılıb, onlardan biri də Artaşes Tonoyandır.
15:33
Ermənistan müdafiə nazirinin müşaviri general-mayor Artak Tonoyan tutduğu vəzifədən azad olunması barədə ərizə verib.
Bu barədə “Report” “24news.am”ə istinadən xəbər verir.
Bu addımın səbəbləri açıqlanmır, lakin qeyd olunur ki, daha əvvəl KİV-də Tonoyanın oğlunun qətl ittihamı ilə həbs olunduğu barədə məlumat yayılmışdı.