Ermənistan hökumətinin fəaliyyəti ilə bağlı hesabatda şişirtmələr var.
“Report” xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti yazıb.
Hesabatda bildirilib ki, ötən il Şirak, Lori, Tavuş, Qeqarkunik, Kotayk, Araqatsotn bölgələrində patrul polisi fəaliyyətə başlayıb. Həmçinin Armavir, Ararat, Vayots Dzor və Sünik vilayətlərində patrul polisinin yaradılmasına hazırlıq gedir. Əslində isə patrul xidməti ötən il yalnız Şirak və Lori bölgələrində fəaliyyət göstərib, 2023-cü ilin yanvarında isə Tavuş, Qeqarkunik, Kotayk və Araqatsotn bölgələrində fəaliyyətə başlayıb.
Qəzetin yazdığına görə, digər məsələlərlə bağlı da şişirtmələr var.