Zelenski Boris Consonla telefonla danışıb

Zelenski Boris Consonla telefonla danışıb Ukrayna Prezidenti Volodimir Zelenski ilə Böyük Britaniya Baş naziri Boris Conson arasında telefon danışığı olub.
Region
7 İyul , 2022 19:50
Zelenski Boris Consonla telefonla danışıb

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Böyük Britaniya Baş naziri Boris Conson arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

Zelenski Consona Baş nazir kimi Ukraynaya verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

14:08

Böyük Britaniyanın Baş naziri Boris Consonun istefa verdikdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışacağı gözlənilir.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə "The Daily Telegraph"ın jurnalisti Ben Rayli yazıb.

İddiaya görə, Conson Zelenski ilə payızadək bu ölkəyə dəstək, həmçinin Britaniya və Ukraynanın ümumi maraqlarına cavab vermək məsələləri ətrafında müzakirələr aparacaq.

Qeyd edək ki, Qərb mətbuatı bundan əvvəl Boris Consonun bu gün istefa verəcəyini yazmışdı.

Son xəbərlər

Orphus sistemi