KİV: Bryanskda neft bazasına dron hücumu olub

KİV: Bryanskda neft bazasına dron hücumu olub Rusiyanın Bryansk şəhərində “Transneft” korporasiyasına məxsus neft bazası yanır.
Region
11 Dekabr , 2024 04:40
KİV: Bryanskda neft bazasına dron hücumu olub

Rusiyanın Bryansk şəhərində “Transneft” korporasiyasına məxsus neft bazası yanır.

“Report” xəbər verir ki, bu barədə yerli “VÇK-OQPU” teleqram kanalı bildirib.

“Bryansk PUA hücumuna məruz qalıb, sakinlər partlayış səsləri eşidiblər, HHM işə düşüb. Hazırda “Transneft”in neft zavodunun olduğu yerdə alov görsənir”, – məlumatda qeyd olunub. Nəşr alışan yerin neft bazası olduğunu əlavə edərək yanğının görüntülərini dərc edib.

Bir müddət sonra vilayətin qubernatoru Aleksandr Boqomaz Rusiyanın HHM qüvvələrinin region üzərində “10 təyyarə tipli PUA-nın təsbit və məhv etdiyini” bildirib. Region rəhbəri növbəti açıqlamasında “istehsalat obyektində” yanğın olduğunu etiraf etsə də, hansı müəssisə olduğunu dəqiqləşdirməyib. “Bryanskda dron hücumu nəticəsində istehsalat obyektində alışma olub. <…> Alışma söndürülüb”, – o yazıb.

Son xəbərlər

Orphus sistemi