KİV: “Belarus yaxın günlərdə Ukraynaya qarşı müharibəyə qoşula bilər”

KİV: “Belarus yaxın günlərdə Ukraynaya qarşı müharibəyə qoşula bilər” NATO hesab edir ki, Belarus tezliklə Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibəyə qoşula bilər.
Region
22 Mart , 2022 22:27
KİV: “Belarus yaxın günlərdə Ukraynaya qarşı müharibəyə qoşula bilər”

NATO hesab edir ki, Belarus tezliklə Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibəyə qoşula bilər.

“Report” xəbər verir ki, bu barədə Alyansın adı açıqlanmayan nümayəndələri CNN-ə şərhində bildiriblər.

Mənbələrə görə, Belarus artıq genişmiqyaslı işğalda iştirak etmək üçün addımlar atır: “Belarusun münaqişəyə qoşulma ehtimalı artır. Çünki Vladimir Putinin dəstəyə ehtiyacı var”.

Hərbi nümayəndənin sözlərinə görə, Belarusun müharibədə iştirakı ilə bağlı yekun qərar hələ də Moskvada verilməlidir. "Söhbət Lukaşenkonun nə istədiyindən getmir. Söhbət ondan gedir ki, Putin regionda daha bir qeyri-sabit ölkə istəyir?", - deyə rəsmi bildirib.

NATO kəşfiyyat rəsmisi ayrıca qeyd edib ki, alyansa görə, Belarus hökuməti ölkənin Ukraynaya hücumuna haqq qazandırmağa hazırlaşır. Kəşfiyyat rəsmisi Belarusun müharibəyə necə müdaxilə edə biləcəyini açıqlamayıb.

Son xəbərlər

Orphus sistemi