KİV: Batumi meri istefa verib

KİV: Batumi meri istefa verib Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərinin meri Laşa Komaxidze istefa verib.
Region
11 İyul , 2020 16:35
KİV: Batumi meri istefa verib
Laşa Komaxidze

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərinin meri Laşa Komaxidze istefa verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Məlumatlara əsasən, o, bu ilin oktyabrında keçiriləcək parlament seçkilərində hakim Gürcü Arzusu Partiyasının namizədlər siyahısında yer alacaq.

Batumi meriyasının Mətbuat xidməti istefa xəbərini nə təkzib, nə də təsdiq edib.

Qeyd edək ki, L.Komaxidze 2017-ci ildə Batuminin meri seçilib. Bundan öncə o, Acarıstanın kənd təsərrüfatı naziri olub.

Son xəbərlər

Orphus sistemi