TUSAŞ-ın obyektində baş verən terrorda ölənlərin sayı 5 nəfərə çatıb, 22 yaralı var - YENİLƏNİB - 5
TUSAŞ-ın obyektində baş verən terrorda ölənlərin sayı 5 nəfərə çatıb, 22 yaralı var - YENİLƏNİB - 5Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasının binası yaxınlığında partlayış baş verib.
TUSAŞ-ın obyektində ikinci partlayış baş verib, terrorçular insanları girov götürüblər.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata görə, üç terrorçu nəzarət-buraxılış məntəqəsinə partlayıcı qurğu ataraq müəssisənin ərazisinə girib.
Terrorçuların insanları girov götürdüyü ehtimal olunur. Polis ərazini mühasirəyə alıb.
Terrorçular avtomat və tapançalarla silahlanıblar və eyni zamanda partlayıcı maddə və çoxlu sayda sursata malik ola bilərlər.
KİV-in məlumatına görə, polis helikopterləri hadisə yerində patrul çəkir.
17:25
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya TUSAŞ-ın istehsal obyektində baş verənləri terror aktı adlandırıb.
"Report" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Nazir hadisə nəticəsində ölən və yaralananların olduğunu da bildirib.
Türkiyə mətbuatının məlumatına görə, söhbət kamikadzenin partlayıcı qurğunu işə salmasından gedir.
Daha əvvəl verilən məlumata görə, Ankarada TUSAŞ-ın istehsalat müəssisəsində partlayış baş verib, bundan sonra atəş səsləri eşidilib. Müəssisənin işçiləri təhlükəsizlik məqsədilə təxliyə edilib.
Terror aktından sonra atışmanın davam etdiyi, təhlükəsizlik qüvvələri, yanğınsöndürənlər və tibb işçilərinin hadisə yerinə getdiyi bildirilir.
17:23
Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasının binası yaxınlığında partlayış baş verib.
“Report” xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.
Partlayışın səbəbləri hələ məlum deyil.
“Ankarada, Kahramankazan rayonunda TUSAŞ-ın istehsalat müəssisəsində partlayış baş verib, atışma səsləri də eşidilir”, - deyə məlumatda bildirilir.