KİV: Gələn həftə Gürcüstan hökumətində dəyişikliklər olacaq

KİV: Gələn həftə Gürcüstan hökumətində dəyişikliklər olacaq Gürcüstanın hakim Gürcü Arzusu Partiyası hökumət dəyişiklikləri ilə bağlı yekun qərar qəbul edib.
Region
31 Avqust , 2019 18:22
KİV: Gələn həftə Gürcüstan hökumətində dəyişikliklər olacaq

Gürcüstanın hakim Gürcü Arzusu Partiyası hökumət dəyişiklikləri ilə bağlı yekun qərar qəbul edib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli "Interpressnews" agentliyi məlumat yayıb.

Məlumata əsasən, baş nazir Mamuka Baxtadzeni hazırkı daxili işlər naziri Giorgi Qaxaria əvəzləyəcək.

Daxili İşlər Nazirliyinə isə hakim partiyanın siyasi katibi İrakli Qaribaşvili rəhbər təyin olunacaq.

Hökumətdəki dəyişikliklərlə bağlı gələn həftə rəsmi bəyanatın veriləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi