Bakı. 13 oktyabr. REPORT.AZ/ Ermənistanın Gürcüstana təyin etdiyi yeni səfirlə bağlı iki ölkə arasında razılıq əldə olunub.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Ermənistan Respublikaçılar Partiyasının üzvü, keçmiş deputat Ruben Sadoyan ölkəsinin Gürcüstandakı diplomatik missiyasına başçılıq edəcək.
R.Sadoyan məsələ ilə bağlı jurnalistlərə ölkədə olmadığından qərardan xəbərsiz olduğunu bildirib.
Qeyd edək ki, Ermənistandakı hakimiyyət bu vəzifəyə Sergey Minasyanı təyin etmişdi. Rəsmi Tbilisi Minasyanın rusiyayönlü olduğunu və Gürcüstana qarşı çıxışlar etdiyini əsas gətirərək ona aqreman verməyib.