Kəskin hava şəraiti Gürcüstanın azərbaycanlıların yaşadığı rayonunda fəsadlar törədib - FOTO

Kəskin hava şəraiti Gürcüstanın azərbaycanlıların yaşadığı rayonunda fəsadlar törədib - FOTO Gürcüstanda axşam saatlarında hava şəraitinin kəskin dəyişməsi nəticəsində paytaxt Tbilisi və bölgələrdə ciddi fəsadlar yaranıb.
Region
9 İyun , 2019 00:17
Kəskin hava şəraiti Gürcüstanın azərbaycanlıların yaşadığı rayonunda fəsadlar törədib - FOTO

Gürcüstanda axşam saatlarında hava şəraitinin kəskin dəyişməsi nəticəsində paytaxt Tbilisi və bölgələrdə ciddi fəsadlar yaranıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, güclü yağış və külək Tbilisidə bəzi küçələri keçilməz edib, bir neçə ağacı aşırıb.

Təbii fəlakət azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunda da problemlərə səbəb olub. Rayonun mərkəzi Rustaveli küçəsində irigövdəli ağacın aşması nəticəsində yolda hərəkət iflic olub, elektrik naqilləri qırılıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Rustaveli küçəsində yerləşən bir neçə yaşayış binasının elektrik enerjisi ilə təminatı dayanıb.

Hazırda təbiət hadisəsinin fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir. Marneuli rayon rəhbərliyinin nümayəndələri hadisə yerinə baxış keçiriblər və fəsadların səhər saatlarına qədər aradan qaldırılacağını bildiriblər.

Son xəbərlər

Orphus sistemi