Kemerovo vilayətində üçgünlük matəm elan ediləcək

Kemerovo vilayətində üçgünlük matəm elan ediləcək Son məlumatlara görə, ticarət mərkəzində baş verən yanğında 64 nəfər ölüb
Region
26 Mart , 2018 13:55
Kemerovo vilayətində üçgünlük matəm elan ediləcək
RİA

Bakı. 26 mart. REPORT.AZ/ Rusiyanın Kemerovo vilayətində martın 27-dən etibarən "Zimnyaya vişnya" ticarət-əyləncə mərkəzində baş vermiş yanğınla əlaqədar üçgünlük matəm elan ediləcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə region administrasiyasından bildiriblər.

Xatırladaq ki, Kemerovo şəhərində yerləşən dördmərtəbəli "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət mərkəzində yanğın dünən baş verib. Son məlumatlara görə 64 nəfər ölüb.

Orphus sistemi