Keçmiş SSRİ-də ilk atom sualtı qayığın konstruktorlarından biri Radiy Şmakov 90 yaşında vəfat edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Sualtı qayıqçılar klubu”ndan bildirilib.
Qeyd edək ki, R.Şmakov 1931-ci il yanvarın 17-də Novosibirskdə anadan olub. 1954-cü ildə Leninqrad Gəmiqayırma İnstitutunu bitirib. İndiki “malaxit” Sankt-Peterburq Dəniz Maşınqayırma bürosunda işə başlayıb.
O, SSRİ-nin ilk “Leninski komsomol” K-3 atom sualtı qayığının yaradılmasında iştirak edib.