Keçən il Gürcüstan ərazisindəki neft kəmərləri ilə 281,7 milyon barel neft daşınıb

Keçən il Gürcüstan ərazisindəki neft kəmərləri ilə 281,7 milyon barel neft daşınıb Tbilisi. 11 fevral. REPORT.AZ/ Keçən il Gürcüstan ərazisindən keçən neft kəmərləri ilə 281,7 milyon barel neft daşınıb. Bu, 2016-cı illə müqayisədə 0,9 faiz azdır.
Region
11 Fevral , 2018 00:22
Keçən il Gürcüstan ərazisindəki neft kəmərləri ilə 281,7 milyon barel neft daşınıb

Tbilisi. 11 fevral. REPORT.AZ/ Keçən il Gürcüstan ərazisindən keçən neft kəmərləri ilə 281,7 milyon barel neft daşınıb. Bu, 2016-cı illə müqayisədə 0,9 faiz azdır.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə "Gürcüstan Neft və Qaz Korporasiyası" məlumat yayıb.

Məlumatda bildirilir ki, 2017-ci ilin dördüncü rübündə Gürcüstan ərazisindən neft daşınmaları 2016-cı ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz artaraq, 72,1 milyon barel təşkil edib.

Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə Azərbaycandan Türkiyəyə 253,1 milyon barel neft nəql olunub. Qərb kəməri WREP kəməri ilə Bakıda Supsa terminalına 28,6 milyon barel (2016-ci illə müqayisədə 56,1 faiz az) neft ötürülüb.

Şirkətin məlumatına görə, 2017-ci ildə neft kəmərləri ilə ən çox neft dekabrda daşınıb. Dekabrda ümumilikdə 24,4 milyon barel neft nəql olunub. Bunun da 21,7 milyon bareli Bakı-Tbilisi Ceyhan, 2,7 milyon bareli isə WREP kəmərləri vasitəsilə daşınıb.

Məlumat üçün bildirək ki, Azərbaycan nefti dünya bazarına Bakı-Tbilisi- Ceyhan kəməri ilə 2005-ci ilin sentyabrından, WREP kəməri ilə 1999-cu ilin aprelindən daşınır. Hər iki kəmərin operatoru Britaniyanın bp şirkətidir. 

Son xəbərlər

Orphus sistemi