Mayın 28-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə elmi-praktik konfrans keçiriləcək.
“Report”un Rusiya bürosu xəbər verir ki, Tatarıstan Elmlər Akademiyası Şəhabədddin Mərcani adına Tarix İnstitutu və Tatarıstan Respublikası “Azərbaycan” milli-mədəni muxtariyyətinin təşkilatçılığı ilə keçiriləcək konfransda Cümhuriyyətin bərqərar olunması, liderlərinin şəxsiyyəti və həyat yolu, Şərq aləmində ilk demokratik dövlətin qısa fəaliyyət dövrü və əldə etdiyi tarixi nailiyyətlər haqqında məruzələr səsləndiriləcək.
Azərbaycan
Tədbir çərçivəsində Cümhuriyyət tarixinə həsr olunmuş film göstəriləcək.