Kaxa Kaladze ikinci dəfə Tbilisi meri seçilib
Region
- 31 oktyabr, 2021
- 04:26
Kaxa Kaladze 55,6 % səslə növbəti 4 il müddətinə Tbilisi şəhərinin meri seçilib.
“Report”un yerli bürosu xəbər verir ki, bu, Gürcüstan Mərkəzi Seçki Komissiyasının paytaxt üzrə 769 seçki məntəqəsinin 768-də (99,87%) səsləri saymasından sonra məlum olub.
Onun rəqibi – müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Nika Meliya isə 44,4 % toplayıb.
Qeyd edək ki, K.Kaladze Tbilisi meri vəzifəsinə ilk dəfə 2017-ci ilin noyabrında seçilib. O, siyasi karyerasına 2012-ci ildə o zamankı müxalif, hazırkı hakim Gürcü Arzusu Partiyasında başlayıb. Hazırda o “Gürcü Arzusu”nun əsas liderlərindən biridir. 43 yaşlı keçmiş məşhur futbolçu paytaxt meri seçilməzdən öncə 2012-ci ilin oktyabrından energetika naziri postunu tutub.
Son xəbərlər
05:47
Tramp: ABŞ quruda narkotik qaçaqmalçılığına qarşı mübarizə planlaşdırır
Digər ölkələr05:32
KİV: Fransa özünü texnoloji lider kimi göstərmək üçün məlumatları saxtalaşdırır
Digər ölkələr05:04
Niderland bankları ABŞ texnologiyasından asılılığı azaltmaq istəyirlər
Maliyyə04:52
Maştağanın bir sıra ərazilərində işıq olmayacaq
Energetika04:38
Bosniya və Herseqovinaya ötən il ən çox sərmayə yatıran ölkələr açıqlanıb
Digər ölkələr04:23
Trampı öldürəcəyi ilə hədələyən amerikalı 3,5 il həbs cəzasına məhkum edilib
Digər ölkələr03:56
Suriya Ordusu Əl-Haseke şəhərindən bəzi hərbi qüvvələrini geri çəkir
Digər ölkələr03:50
Paşinyan: Heç bir qüvvə İrəvanı Moskva ilə qarşıdurmaya sürükləyə bilməz
Region03:19