Kanada hökuməti Alina Kabayevaya qarşı sanksiya tətbiq edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kanada hökumət açıqlama yayıb.
Bildirilib ki, Kanada hökuməti Rusiyanın 4 şirkətinə və Alina Kabayeva da daxil olmaqla 22 vətəndaşına sanksiya tətbiq edib.
Qeyd edək ki, Böyük Britaniya da Rusiyanın 12 tanınmış vətəndaşına, o cümlədən məşhur gimnasta məhdudiyyət qoyub.